Qeyri-qabarit və təhlükəli yüklərin daşınması

Yükdaşıma texnikasının standart ölçülərini aşan yüklər (2,45 – eni, 13,6 – uzunluğu, 3,1 m – hündürlüyü) və çəkisi 24 tondan artıq olan yüklər qeyri-qabarit yüklər sayılır. Qeyri-qabarit yüklərin daşınması xüsusi texnika və  bütün marşrut üzrə bu tip yükün daşınması üçün razılıq alınmasını tələb edir. Belə daşımalar zamanı marşrut, bir qayda olaraq, körpü və keçidlərin ölçüləri ( hündürlük və eni), tranzit ölkələrin qanunları nəzərə alınaraq seçilir.

Bəzi ölkələrdə daşınan yükün qabaritindən asılı olaraq təkcə yol mühafizə xidmətləri ilə razılıq yox, həmçinin yükü daşıyan  nəqliyyat vasitəsinin müxtəlif dövlət orqanları tərəfindən müşaiyəti tələb olunur (polis, yol xidmətləri və s.).  Qeyri-qabarit yüklərin avtomobil nəqliyyatı ilə daşınması üçün xüsusi alçaq ramalı qoşqular – platformalardan istifadə olunur, həmçinin qeyri-qabarit yüklərın daşınması bir və ya bir neçə nəqliyyat növünün ( məsələn, avtomobil  və dəniz nəqliyyatı, avtomobil və dəmir yolu) vasitəsilə daşınan və multmodal daşımalar adlanan dəmir yolu və dəniz daşımaları ilə həyata keçirilir.

Standart təsnifata müvafiq olaraq təhlükəli yüklər qrupuna müəyyən şəraitdə ətraf mühitə, insanlara və maddi əmlaka zərər gətirə bilən xüsusiyyətlərə malik olan yüklər aid edilir. Standart təsnifatda "Təhlükəli yük" dərəcəsi bir neçə sinfə bölünür. “Təhlükəl yük”lərin daşınması beynəlxalq razılaşmalara uyğun olaraq həyata keçirilir və bu növ yüklərin daşınmasında xüsusi hazırlıq keçmiş və müvafiq vəsiqəyə malik sürücülərdən və müvafiq icazəsi olan xüsusi təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə olunur. Bundan başqa, “təhlükəli yük”lərin qablaşdırma və markalşdırılmasında da xüsusi tələblər mövcuddur.

BMT daşınan təhlükəli yükün aşağıda göstərilən 9 növünü qeyd edir:

1 sinif – partlayıcı maddələr və əşyalar;

2 sinif – sıxılmış, mayeləşdirilmiş və təzyiq altında həll olunmuş  qazlar;

3 sinif – tez alışan mayelər;

4 sinif – tez alışan maddə və materiallar;

5 sinif – oksidləşən maddələr və üzvi peroksidlər;

6 sinif – zəhərli maddələr  və infeksiya maddələri;

7 sinif – radioaktiv materiallar;

8 sinif – korroziya maddələri;

9 sinif – digər təhlükəli maddələr.

"AZTRANSLINE" şirkəti istənilən ölçülü, həmçinin iri qabaritli və istənilən təsnifatlı təhlükəli yükləri tələb olunan yerə müvəffəqiyyətlə çatdırır. Biz partlayıcı və radioaktiv maddələr istisna olmaqla, praktiki olaraq bütün dərəcəli təhlükəli yükləri daşıyırıq. Şirkətimiz yük daşıma üzrə bütün əməliyyatları beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq qablaşdırma və tara ilə həyata keçirir. Bizim mütəxəssislər bütün formal maneələri dəf etməkdə sizə kömək edəcəklər. "AZTRANSLINE" şirkəti yükü müşaiyət edən sənədlərə, müqavilələrin düzgün rəsmiləşdirilməsinə və daşımanın bütün qaydalarına nəzarət edəcək.