Türkmənistana və Türkmənistandan yüklərin daşınması

«AZTRANSLINE» şirkəti Türkmənistana  beynəlxalq yük  daşımalarınıTürkmənstandan MDB və Avropa ölkələrinə beynəlxalq yük daşımalarını təklif edir. Yüklərin Türkmənistana göndərilməsi və Türkmənistandan yüklərin gətirilməsi bizim nəqliyyat şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir, çünki bu ölkə bizim yaxın qonşumuz və bizim üçün dost ölkədir. Türkmənistan bizim ölkənin və MDB-nin digər ölkələrinin, o cümlədən Rusiyanın əsas ticarət partnyorlarından biridir. Məhz  bu ölkələr arasında yük dövriyyəsinin həcmi beynəlxalq yük daşımalarının yerli bazarda tələbatını formalaşdırır. Türkmənistana müxtəlif növ yüklərin daşınmasında  avia və dəmir yolu daşımaları kimi yük daşıma növləri ilə yanaşı avtomobil nəqliyyatından da geniş istifadə olunur. Türkmənistana avtodaşımalar bizim mütəxəssislər tərəfindən işlənib hazırlanmış logistik sxemlər əsasında həyata keçirilir. Türkmənistana Rusiyayadan və MDB-nin digər ölkələrindən gedən əsas tranzit marşrutlardan biri Azərbaycandan keçir, ona görə də, Türkmənistana yük daşımaları Azərbaycanın, Rusiyanın və bəzi postsovet ölkələrin nəqliyyat şirkətləri üçün çox cəlbedicidir. Həmçinin, biz Türkmənistana yük daşıma  və  Türkmənistandan yüklərin daşınması üçün alternativ marşrutlardan istifadə edirik. Biz Türkmənistana yük daşınmalarının müştərilərimiz üçün sərfəli olmasına çalışıriq və  yükün tez çatdırılmasına, etibarlılığına və qorunmasına təminat veririk.

Bizim şirkət həmçinin, yüklərin kiçik partiyalarla göndərilməsini də təşkil edir. Belə hallarda ayrıca nəqliyyat vasitəsini icarə götürməyə lüzum yoxdur. Bunun üçün yığma yüklərin daşıma xidmətindən istifadə etmək olar. Yükün kiçik partiyası da  az məsrəflərlə və tez çatdırıla bilər. Daşımanın  bu növü müştəri üçün daha sərfəli olarsa, şirkətin mütəxəssisləri tərəfindən yığma yüklərin bu növ daşıma sistemi təklif olunacaqdır.

Biz yük daşımalarını  dəqiq işlənmiş  və sınanılmış marşrutlara uyğun həyata keçiririk. Bizim əməkdaşlar  sərhəd buraxılış məntəqələrinin fəaliyyəti və gömrük formallıqları və nüansları haqqında tam məlumata malikdirlər.

Azərbaycan ərazisindən Türkmənistana yol Xəzər dənizindən keçdyinə görə viza problemi, bərənin gecikməsi və əlverişsiz meteoroloji şərait kimi bir çox çətinliklər yarana bilir. Lakin biz uzun müddət bu marşrut üzrə işlədiyimiz üçün  kiçik nüanslara qədər bütün zənciri işləyib hazırlamışıq. Beləki, gəlmə və getmə limanlarında olan nümayəndələrimiz gəmini qarşılayır və yola salır, zərurət yarandıqda yükün nəzarət altında digər nəqliyyata  yükləməsini təşkil edirlər.

Türkmənistanın hər bir şəhəri bizim xidmətlər sayəsində sizə daha yaxın olur! "AZTRANSLINE" şirkətin nümayəndələri Sizin yükünüzü MDB və  Avropanın istənilən məntəqəsindən götürür və Sizin seçdiyiniz istənilən marşrutla Türkmənistana göndərir. Bizim şirkətin xidmətləri yalnız daşımalarla məhdudlaşmır. Biz eyni zamanda logistik xidmətlərinin bütün spektrini də təklif edirik. Bizim mütəxəssislər ağır çəkili və qeyri-qabarit  yığma yüklərin çatdırılması üçün lazım olan icazələri almağa kömək edir, sığorta, gömrük deklarasiyaları və fakturaların doldurulması üzrə məsləhətlər verir. Bizim   müştərilər  yüklərin Türkmənistana təyin olunmuş müddətdə çatdırılması və yükü müşaiyət edən sənədlərin hazırlanması barədə narahat olmamalıdırlar. Biz yükü Türkmənistana aparan nəqliyyat vasitəsi üçün Türkmənistandan, Özbəkistandan və Qazaxstandan əks istiqamətə - Azərbaycana, Gürcüstana və Rusiyaya yüklərin gətirilməsini də təşkil edə bilirik. Sizin yüklərin Türkmənistana daşınması yüksək səviyyədə həyata keçiriləcəkdir, bu da "AZTRANSLINE" şirkətinin əməkdaşlarının öz işinə maksimal məsuliyyətlə yanaşması ilə şərtləndirilir. Yüklərin daşınmasını bizdə sifariş edərək, Siz başqa işlərlə məşğul ola bilər və sifarişinizə görə rahat ola bilərsiniz.

«AZTRANSLINE»  məmnuniyyətlə Sizə yükünüzün Türkmənistana çatdırılması və  ya Türkmənistandan  gətirilməsində kömək edər!